PSJ bu yay heyətini italiyalı hücumçu ilə gücləndirmək istəyir.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi "Sassuola"da forma geyinən Canluka Skamakka üçün hərəkətə keçib.
Razılaşma əldə olunarsa, 23 yaşlı forvard 2027-ci ilə qədər PSJ-yə məxsus olacaq. PSJ Skamakka üçün 40 milyon avro xərcləyəcək.
23 yaşlı hücumçu “Yonq PSV”, “Kremonese”, “Zvolle”, “Askoli”, “Cenoa” klublarında çıxış edib.
