"Qalatasaray"ın sabiq futbolçusu Şotlandiyada işləyəcək

21:15 - 18 İyun 2022

"Seltik"də yeni məşqçi təyinatı gerçəkləşib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qlazqo  təmsilçisi ötənlərin məşhur futbolçusu Harri Kyuelin yeni mövsümdə məşqçilər korpusunda yer alacağını bildirib.

"Lids", "Liverpul", "Qalatasaray" kimi klublarımda oynamış Avstraliya millisinin sabiq üzvü 2014-cü ildə peşəkar futbolçu karyerasını bitirib. O, ilk olaraq "Uotford"un U-23 (2015-2017) komandasında məşqçilik təcrübəsi yaşayıb. "Krauley Taun" (2017-2018), "Notts Kaunti" (2018), "Oldham"ı da (2020-2021) çalışdırıb.

 

43 yaşlı mütəxəssis son olaraq isə daha bir aşağı liqa klubu "Barnet"də (2021) işləyib.

 

Qeyd edək ki, Şotlandiya klubunun baş məşqçisi avstraliyalı Anqe Postekoqludur. 56 yaşlı mütəxəssis 2021-ci ildən "Seltik"i çalışdırır.

Xəbər xətti