"Atletiko" Belçika millisinin futbolçusunu razı saldı

22:26 - 18 İyun 2022

"Atletiko" heyətinə yeni futbolçu cəlb etməyə yaxındır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi müqaviləsinin müddəti bitdikdən sonra "Borussiya"dan (Dortmund) ayrılan yarımmüdafiəçi Aksel Vitselin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Belçikalı futbolçunun transferinin yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.

Aksel Vitsel 2008-ci ildən Belçika millisinin şərəfini qoruyur. O, yığma komandanın heyətində 124 oyunda meydana çıxıb.

Qeyd edək ki, 33 yaşlı oyunçu 2018-ci ildən çıxış etdiyi Dortmund klubunda 145 matçda 13 qolla yadda qalıb. 

Xəbər xətti