Premyer Liqa klubundan "Trabonspor"un hücumçusu üçün 20 milyon avro

14:22 - 19 İyun 2022

"Trabzonspor"un hücumçusu Andreas Kornelius karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.


Sportal.az xəbər verir ki, "Brentford" danimarkalı forvardı heyətinə qatmaq istəyir. Komanda 29 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.


Andreas Kornelius "Trabzonspor"a 2021-ci ilin yayında "Parma"dan transfer olunub. Danimarka millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti