İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qırmızılar" "Aberdin"in müdafiəçisi Kalvin Remzini rənglərinə bağlayıb. Bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Liverpul" 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Gənc sağ cinah müdafiəçisi Premyer Liqa klubunda 22 nömrəli formada çıxış edəcək.
Kalvin Remzi başa çatan mövsümdə "Aberdin"in heyətində meydana çıxdığı 33 matçda 1 qol vurub, 9 məhsuldar ötürmə edib.
Şotlandiyalı futbolçu Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirilən hər iki matçda (1:0, 3:1) 90 dəqiqə meydanda olub və bir qol ötürməsi ilə yadda qalıb.
