Vinisius PSJ-nin fantastik təklifini rədd etdi

16:17 - 19 İyun 2022

PSJ "Real"ın hücumçusu Vinisius Junyoru heyətinə qatmaq istəyib.


Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi braziliyalı futbolçuya "kral klubu" ilə müqaviləsini artırmamaq üçün fantastik maaş təklif edib. Fransızlar 22 yaşlı oyunçuya illik 40 milyon avro maaş və əlavə olaraq imza pulu verməyə hazır olduqlarını bildirib. Lakin futbolçu bu təklifi qəbul etməyib və Madriddə qalmağı üstün tutub.


Qeyd edək ki, Vinisius Junyorun "Real"la qüvvədə olan müqaviləsi 2024-cü ilin yayına kimidir. Braziliya millisinin üzvü başa çatan mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 52 matçda 22 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti