"Borussiya"dan "Ayaks"ın hücumçusu üçün 33 milyonluq təklif

17:18 - 19 İyun 2022

Dortmund "Borussiya"sı hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.


Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Ayaks"da çıxış edən Sebastian Hallerin xidmətində maraqlıdır. "Bild" nəşrinin məlumatına görə, almanlar 27 yaşlı forvard üçün Amsterdam təmsilçisinə 33 milyon avro ödəməyə hazırdır.


Sebastian Haller "Ayaks"a 2021-ci ilin yayında "Vest Hem"dən transfer olunub. Təcrübəli hücumçu Niderland klubunun heyətində meydana çıxdığı 42 matçda 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti