Ronaldo məşhur braziliyalıları komandasına transfer edir

17:33 - 19 İyun 2022

Yeni mövsümdə La Liqada mübarizə aparacaq "Valyadolid" iddialı heyət formalaşdırmaq istəyir.


Sportal.az xəbər verir ki, Madrid təmsilçisi məşhur braziliyalı futbolçularla maraqlanır. Klubun prezidenti və sahibi Ronaldo Nazario həmyerliləri olan Marselo və Dani Alveşi transfer etmək istəyir. O, təcrübəli futbolçulara təklif göndərib.


Qeyd edək ki, Dani Alveş son mövsümü "Barselona"da, Marselo isə "Real"da keçirib.

Xəbər xətti