Belçika millisinin üzvü "Qalatasaray"a şərtlərini bildirdi

19:30 - 19 İyun 2022

"Qalatasaray"ın heyətinə qatmaq istədiyi belçikalı futbolçunun şərtləri məlum olub.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu "Lion"la müqaviləsi sona çatan Jayson Denayeri transfer etməkdə israrlıdır. Bu barədə "Milliyət" nəşri məlumat yayıb. Belçika millisinin üzvü onu transfer etmək istəyən "cim-bom"dan 4 illik sözləşmə və illik 2,5 milyon avro maaş tələb edir. "Sarı-qırmızılar" müdafiəçi ilə danışıqları davam etdirir.

 

Qeyd edək ki, 26 yaşlı oyunçu daha əvvəl "Qalatasaray"da (2015-2016, 2017-2018) icarə əsasında çıxış edib. Təcrübəli futbolçu 2018-ci ildən çıxış etdiyi Lion təmsilçisində 139 matçda meydana çıxıb.  

 

Xəbər xətti