"Mançester Yunayted" Aleks Tellesin yerinə onu transfer edir

19:56 - 19 İyun 2022

"Mançester Yunayted" heyətini yeni cinah müdafiəçisi ilə gücləndirmək fikrindədir.

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mançester təmsilçisi Aleks Tellesin performansından narazıdır. "Qırmızı şeytanlar" onun yerinə "Hoffenhaym"ın sol cinah müdafiəçisi David Raumu transfer etmək istəyir. 

 

24 yaşlı oyunçu 2021-ci ildən Almaniya millisində çıxış edir. O, yığma komandada 9 oyun keçirib.

 

Qeyd edək ki, almaniyalı futbolçu başa çatan mövsümdə Bundesliqada 32 oyunda 3 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti