PSJ-nin hücumçusu Neymarın millidəki karyerasını nə zaman başa vuracağı məlum olub.
Sportal.az xəbər verir ki, Braziliya millisinin digər üzvü Rodriqo komanda yoldaşı haqda danışıb. O, bu məsələ barəsində belə deyib:
"Neymar mənə Qətərdə keçiriləcək DÇ-dən sonra millidən gedəcəyini, bundan sonra isə 10 nömrəli formanın mənim olacağını dedi".
5 qat dünya çempionu olmuş Braziliya Qətərdə keçiriləcək mundialda G-qrupunda yer alıb. Cənubi amerikalılarla eyni qrupda Serbiya, İsveçrə və Kamerun qərarlaşıb.
Qeyd edək ki, Neymar 2010-cu ildən yığma komandada çıxış edir. Hücumçu millidə 119 matçda 74 qolla yadda qalıb. Onun komanda yoldaşı Rodriqo isə 2019-cu ildən çağrıldığı millidə 5 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi
