PSJ ilə müqaviləsinin müddəti bitdikdən sonra komandadan ayrıldığını açıqlayan argentinalı yarımmüdafiəçi Anxel Di Mariya iki klubla danışıq aparmaq fikrindədir.
Sportal.az "Daily Express"ə istinadən xəbər verir ki, azad agent statusunda olan yarımmüdafiəçi "Yuventus"la müzakirələr aparır. Argentina millisinin üzvü Turin klubu ilə anlaşa bilməsə, "Barselona" ilə danışıqlara başlayacaq.
34 yaşlı oyunçu PSJ-dən əvvəl "Real", "Mançester Yunayted", "Benfika" kimi komandalarda oynayıb.
Qeyd edək ki, Paris təmsilçisində çıxış etdiyi yeddi ildə 92 qol vuran Di Mariya başa çatan mövsümdə isə Liqa 1-də 26 matça çıxıb. Təcrübəli futbolçu bu görüşlərdə 5 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
