Primeroya yüksələn sonuncu komandanın adı bəlli oldu

10:29 - 20 İyun 2022

İspaniya Primerosunda 2022/2023 mövsümündə çıxış edəcək sonuncu komandanın adına da aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, pley-off mərhələsinin qalibi olan "Jirona" yeni mövsümdə La Liqada mübarizə aparacaq.

Bu komanda finalda "Tenerife"ni üstələyib. Tərəflər arasında keçirilən ilk matç qolsuz heç-heçə ilə başa çatıb. Cavab matçında isə "Jirona" rəqibinə 3:1 qalib gəlib.

"Jirona" son dəfə 2018/2019 mövsümündə Primeroda iştirak etmişdi. 

Bu mövsüm Sequndadan yüksək liqaya vəsiqə qazanan digər iki komanda isə "Valyadolid" və "Almeriya" klublarıdı. 

Xəbər xətti