Qazaxlar Balayevə ehtiyac görmədi

11:13 - 20 İyun 2022

Qazaxıstan çempionatında 14-cü turun oyunları baş tutub.

Sportal.az xəbər verir ki, Emil Balayevin formasını geyindiyi "Turan" "Akjayık"la üz-üzə gəlib.

Balayevin komandası bu görüşdə rəqibi ilə 1:1 oynayıb.

Millimizin qolkiperi sona qədər ehtiyatda qalıb. 

Hazırda 12 xala malik "Turan" 14 komanda arasında 12-ci pillədədi.

 

Xəbər xətti