Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" yeni baş məşqçisini təqdim edib.
Sportal.az xəbər verir ki, Poznan klubunun baş məşqçisi Con Van den Brom təyinatı ilə bağlı danışarkən "Qarabağ"a qarşı keçiriləcək matça da toxunub:
"Polşa çempionu olmuş klubda işləmək və Çempionlar Liqasının təsnifat mərhələsində oynamaq imkanı mənim üçün əla fürsətdi. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıb, komandanı iyulun 5-də keçiriləcək çox vacib görüşlərə hazırlamağa hələ vaxtımız var. Artıq on gündür ki, klub rəsmilərilə danışırdıq, o vaxtdan bu yana komandanın çox oyununu izləmişəm. Xüsusilə də son bir ildə keçirdiyi matçları. Futbolçuların hər biri ilə şəxsən görüşməliyəm. Futbolda isə bu proses asandır, hazırlıq dövründə biz birlikdə çox çalışacağıq və bir-birimizi tanımaq üçün fürsətimiz olacaq. Keçən həftə klubun bazasında idim, sadəcə o zaman bu bir az gizli qalmışdı, amma indi bu haqda danışa bilərik. Qısa müddətdə komandanı uzunmüddətli oyunlara hazırlamaq üçün bu məsələləri ətraflı müzakirə etdik. Biz ilk növbədə "Qarabağ" oyuna hazır olmalıyıq".
