UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin "Lex" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, Polşada keçiriləcək qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Xose Luis Munuera olacaq. Ona yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Xorxe Figeroa Vaskes yerinə yetirəcək.
İyulun 5-də Poznan stadionunda keçiriləcək "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda baş tutacaq.