"Real" və "Barselona"nın transfer savaşı

19:53 - 20 İyun 2022

"Arsenal"ın müdafiəçisi Kiran Tirni karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, şotlandiyalı futbolçu "Real" və "Barselona"nın transfer siyahısındadır. Bu barədə "The Scotsman" məlumat yayıb. İspaniya nəhəngləri müdafiəçi üçün təklif göndərməyə hazırlaşır. London klubunun 25 yaşlı oyunçunu satmağa hazır olduğu bildirilir.

 

Qeyd edək ki, Şotlandiya millisinin futbolçusu "topçular"a 2019-cu ildə yetirməsi olduğu "Seltik"dən transfer olunub. Onun "Arsenal"la müqaviləsi 2026-cı ildə başa çatır. 

Xəbər xətti