"Milan" 38 yaşlı qapıçı ilə müqaviləni uzadır

20:15 - 20 İyun 2022

"Milan" qapıçısı Antonio Mirante ilə müqaviləni artırmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Skira verib. İtaliyalı qolkiper yeni sözləşməyə əsasən növbəti mövsümdə də komandada çıxış edəcək. 

 

Qeyd edək ki, 38 yaşlı kiper 2021-ci ilin oktyabrında "qırmızı-qaralar"a transfer olmuşdu. O, bu  müddət ərzində klubla bir oyuna belə çıxmayıb. Antonio daha əvvəl "Roma", "Bolonya", "Parma", "Sampdoriya", "Yuventus" kimi klublarda oynayıb.

Xəbər xətti