"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu "Lids Yunayted"in vingeri Rafinyanı transfer etməkdə israrlıdır. Braziliyalı futbolçu özü də bu keçidə müsbət yanaşır.
2021-ci ildən Braziliya millisinə çağrılan 25 yaşlı oyunçu 9 matçda 3 qolla yadda qalıb.
Qeyd edək ki, Rafinya başa çatan mövsümdə Premyer Liqada 35 oyunda 11 qol vurub, 3 qol ötürməsi edib. Braziliyalı futbolçu ilə "Barselona"da maraqlanır.
saytlarin hazirlanmasi
