"Milan"ın müdafiəçisi Alessio Romaynoli gələcək karyerası ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 27 yaşlı oyunçu "Latsio"da çıxış edəcək. Bu barədə məlumatı italiyalı jurnalist Nikolo Skira verib. Mənbənin məlumatına görə, müdafiəçi ilə Roma təmsilçisi arasında 5 illik müqavilə imzalanacaq. İtaliyalı oyunçu ildə 3,2 milyon avro qazanacaq.
Qeyd edək ki, Romanyoli "Latsio"ya azad agent statusu ilə keçəcək.
saytlarin hazirlanmasi
