Paytaxt klubuna geri dönən bolqar: "Qələbələr qazanmaq istəyirəm"

22:33 - 20 İyun 2022

"Səbail"in yeni transferi Emil Martinov sabiq komandasına dönüşülə bağlı danışıb.

Sportal.az xəbər verir ki, bolqar yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

"Burada yenidən qələbələr qazanmaq istəyirəm. İlk gəlişimdə medalçı olduq. Bu dəfə də ən yüksək mövqelər üçün mübarizə aparacağıq. “Səbail”in azarkeşləri mənə hər zaman dəstək olublar. Onlar üçün hər oyun maksimum dərəcədə əzmkarlıq göstərəcəyəm".

Emil Martinov 2018/19 mövsümündə "Səbail"də oynayıb. 

Xəbər xətti