"Qalatasaray" braziliyalıya təklif göndərdi

23:04 - 20 İyun 2022

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul klubu "Antalyaspor"un yarımmüdafiəçisi Fernando Martinslə maraqlanır. "Cim-bom" braziliyalı oyunçu üçün Antalya təmsilçisinə 1 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, 2022-ci ilin yanvarından Super Liqa klubunda çıxış edən 30 yaşlı oyunçu 18 matçda 4 qol, 4 asisstlə yadda qalıb.

Xəbər xətti