Mesut Özil keçmiş komandasına qayıdır

10:49 - 21 İyun 2022

"Fənərbaxça"nın kapitanı Mesut Özil karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin xidmətində "Verder" maraqlıdır. Bundesliqaya qayıdan Bremen təmsilçisi təcrübəli futbolçu ilə danışıqlar aparır. Mesut  özü də keçmiş klubunda oynamağa isti yanaşır.

 

Qeyd edək ki, Mesut Özil "Fənərbaxça" rəhbərliyinin qərarı ilə əsas komandanın heyətindən kənarlaşdırılıb.

Xəbər xətti