Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" portuqaliyalı futbolçu transfer etməyə hazırlaşır.
Sportal.az Polşa mətbuatına istinadən xəbər verir ki, Poznan klubu "Belenenseş"də oynamış Alonso Souzanı heyətinə qatacaq. "Lex" 22 yaşlı futbolçu ilə ilkin razılıq əldə edib.
"Porto" yetirməsi olan portuqaliyalı 2020-ci ildən "Belenenseş"də oynayırdı. "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də Poznanda, cavab görüşünü isə 12-də Bakıda keçirəcək.
