"Fənərbaxça" "Zenit"in futbolçusu ilə razılaşdı

19:43 - 21 İyun 2022

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az  "Match TV" istinadən xəbər verir ki, İstanbul təmsilçisi  "Zenit"in rusiyalı hücumçusu Artyom Dzyuba ilə razılığa gəlib. Xəbərə görə, 33 yaşlı oyunçu yeni klubunda illik 2,5 milyon avro maaş və əlavə bonuslar qazanacaq. Tərəflər arasında müqavilənin detalları ilə bağlı müzakirələr davam edir.

 

Qeyd edək ki, rusiyalı forvard 2015-ci ildən çıxış etdiyi Sankt-Peterbuq təmsilçisində geridə qalan mövsümdə bütün turnirlərdə 39 oyunda 13 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti