"Barselona"nı tərk etməyə hazırlaşır

19:59 - 21 İyun 2022

"Barselona" müdafiəçisi Samuel Umtiti ilə yollarını ayıracaq.

 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransız futbolçu ilə növbəti mövsümdən yenidən La Liqada çıxış edəcək "Jirona" maraqlanır. Klub 28 yaşlı oyunçu üçün qarşı tərəfə 2 milyon avro ödəməyə hazırdır.

 

2016-cı ildən Kataloniya təmsilçisində oynayan Fransa millisinin üzvü başa çatan mövsümdə cəmi 1 oyuna çıxıb. Umtitinin "Barsa" ilə müqaviləsi 2023-cü ildə başa çatır.

Xəbər xətti