"Tottenhem" braziliyalı futbolçu uğrunda mübarizəyə qoşuldu

20:39 - 21 İyun 2022

"Tottenhem" "Mançester Siti"nin hücumçusu Qabriel Jesusu transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, London klubunun baş məşqçisi Antonio Kontenin braziliyalı oyunçunun hücum zonasında universiallığı ilə fərqlənməsinə görə, ona heyran olduğu bildirilir. Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.

 

Daha əvvəl "Arsenal"ın da transfer siyahısında olan Jesusa görə, "topçular"ın 60 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

 

Qeyd edək ki, başa çatan mövsümdə Mançester təmsilçisi ilə bütün turnirlərdə 41 matça çıxan 25 yaşlı oyunçu 13 qol, 11 asisstlə yadda qalıb. Braziliya millisinin üzvünün klubla sözləşməsi 2023-cü ilin yayına qədərdir.

Xəbər xətti