Almaniya millisinin üzvü Mario Götzenin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. Təcrübəli futbolçu "Ayntraxt"a transfer olunub.
Götze Frankfurt təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. O, Bundesliqa klubunda ilinə 4 milyon avro maaş alacaq.
Qeyd edək ki, Mario Götze son mövsümü PSV-də keçirib. Almaniyalı oyunçu Niderland klubunun heyətində meydana çıxdığı 52 matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
