Vinisius "Real"da qalmaq istəyir

21:19 - 21 İyun 2022

"Real"ın hücumçusu Vinisius Junior klubla müqavilə müddətinin artırılması ilə bağlı məsələyə münasibət bildirib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu qısa cavabla hər şeyə aydınlıq gətirib:

 

"Dünyanın ən yaxşı klubunda çıxış edirəm və burada çox xoşbəxtəm. "Real"da qalmaq, yeni uğurlar qazanmaq  istəyirəm".

 

Madrid təmsilçisinin 21 yaşlı oyunçu ilə 2026-cı ilə qədər nəzərdə tutulan sözləşmə imzalaması barəsində razılıq əldə etdiyi bildirilir. Vinisiusun maaşı illik 3,2 milyon avrodan 10 milyona yüksələcək. Yeni müqaviləyə əsasən onun təzminatı 1 milyard avro təşkil edəcək. 

 

Braziliya millisinin üzvü başa çatan mövsüm bütün turnirlərdə "kral klubu"nun heyətində 52 oyunda 22 qol vurub, 16 qol ötürməsi edib. Onun "Real"la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Xəbər xətti