Teymur Rəcəbovdan növbəti heç-heçə

21:42 - 21 İyun 2022

Şahmat üzrə İddiaçılar Turniri davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov IV turda polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Qara fiqurlarla oynayan 35 yaşlı şahmatçı 41-ci gedişdə heç-heçəyə razılaşıb.

I və III turda müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə sülhə razılaşan, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Teymur hazırda 1,5 xalla 6-7-xı sıralara şərikdir.

Xəbər xətti