"İnter" Simone İnzaqi ilə müqavilə müddətini artırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "nerazzura" 46 yaşlı məşqçinin razılığını ala bilib. Belə ki, italiyalı mütəxəssis 2023/24 mövsümünün sonuna qədər "İnter"i çalışdıracaq.
İnzaqi 2021-ci ildən "İnter"i çalışdırır.
