Patrik Andradenin "Qarabağ"dan getməsi rəsmiləşib.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçiyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib.
Patrik Andrade "Qarabağ"a 2020-ci ilin yayında Bolqarıstanın "Çerno More" klubundan transfer olunmuşdu. Kape Verde millisinin üzvü başa çatan mövsümdə "atlılar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Patrik Andrade karyerasını Serbiyanın "Partizan" klubunda davam etdirəcək.
saytlarin hazirlanmasi