Son olaraq "Lill"də çıxış etmiş Burak Yılmaz yeni mövsümə yeni komandada başlayacaq.
Sportal.az xəbər verir ki, türkiyəli hücumçu "Fortuna"da oynayacaq.
Bu barədə Sittard klubunun mətbuat xidməti məlumat yayıb. Niderland klubu 36 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Forvard iki il futbolçu kimi oynayacaq. Amma müqavilənin qalan üç ilində isə Yılmaz "Fortuna"nın məşqçisi olacaq.
