"Qəbələ"nin yeni transferi ölkəmizə gəlir - FOTO

12:43 - 24 İyun 2022

Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Qəbələ" hazırlıqlarını davam etdirir.

Sportal.az xəbər verir ki, bölgə klubunun yeni mövsüm hələ ki, yeganə legioner transferi Felipe Santosdu. Hazırlıqlar start götürsə də, braziliyalı komandanın düşərgəsinə qoşulmayıb.

Ötən mövsüm "Şamaxı"da oynamış futbolçu artıq Braziliyanı tərk edərək Azərbaycana yola düşüb. Onun komandanın sabahkı məşqində iştirak edəcəyi gözlənilir. 

Karyerası ərzində “Paulista”, “Ankaran”, “Maribor” klublarında oynamış 25 yaşlı vinger “Qəbələ” ilə 1+1 illik müqaviləyə qol çəkib.


Xəbər xətti