“Qarabağ” heyətini braziliyalı futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubunun transfer siyahısında yer alan futbolçu Raldneydi.
“Qarabağ” “Nautiko”da oynayan 23 yaşlı futbolçunu razı salmaq niyyətindədi.
Tərəflər arasında razılıq əldə olunsa, bu yay onunla rəsmi müqavilə imzalanılacaq.
"Nautiko" yetirməsi olan dayaq yarımmüdafiəçisi yalnız bu komandada oynayıb.
