Avropa Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Kipr təmsilçisi İsrailin "Kiryat Şmona" klubundan Julius Sökeni rənglərinə bağlayıb. Məlumatı limassolluların rəsmi saytı yayıb.
Slovakiyalı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
27 yaşlı futbolçu başa çatan mövsümdə "Kiryat Şmona"nın heyətində meydana çıxdığı 14 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
