İstanbul nəhənglərinin transfer savaşından "Qalatasaray" qalib çıxdı

17:04 - 24 İyun 2022

"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın transfer etmək istədiyi Abdulkərim Bardakçı seçimini edib.

 

Sportal.az xəbər verir ki, 3 İstanbul nəhəngi də 27 yaşlı mərkəz müdafiəçisi üçün "Konyaspor"a 2,8 milyon avro və bonuslar təklif edib. Konya təmsilçisi hər üçün klubun təklifini qəbul etsə də, futbolçu "Qalatasaray"da oynamaq istəyib.

 

Türkiyə mediasının yazdığına görə, təcrübəli oyunçu yaxın zamanda İstanbula gedərək "sarı-qırmızılar"la rəsmi müqaviləyə qol çəkəcək. O, "Qalatasaray"da illik 1 milyon avro maaş alacaq.

 

Abdulkərim Bardakçı başa çatan mövsümdə "Konyaspor"un heyətində meydana çıxdığı 34 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti