"Beşiktaş" Niderland millisinin hücumçusunu transfer etdi

18:08 - 24 İyun 2022

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Börnli"nin hücumçusu Vaut Veqhorstu rənglərinə bağlayıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Niderland millisinin üzvü 1 il müddətinə icarə əsasında "qara qartallar"ın heyətində çıxış edəcək. "Beşiktaş" 30 yaşlı hücumçu üçün İngilərə klubuna pul ödəməyəcək. Təcrübəli qolçu 2,7 milyon avro maaş alacaq.

 

Vaut Verqorst "Börnli"yə yanvar ayında "Volfsburq"dan transfer olunub. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 20 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti