Bu gün qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasının püşkatması baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Kristina Bakarandze və Jalə Məsimovanın formasını geyindiyi "ALG Spor" ilk mərhələdə Norveçin “Brann” klubu ilə oynayacaq.
Matç avqustun 18-də keçiriləcək.
Xatırladaq ki, yığmamızın üzvləri adıçəkilən klubun heyətində son mövsüm çempionluq sevinci yaşayıb.
