"Fənərbaxça" "Real"ın hücumçusu Mariano Diası transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, 28 yaşlı forvard özü də Türkiyədə oynamaq niyyətindədi.
Madrid klubu forvardı İstanbul klubuna icarəyə verməyə hazırdı.
Ötən mövsüm "Real"ın heyətində 11 matça çıxan forvard 1 qol, 1 assistlə yadda qalıb.
