Luis Suarez keçmiş komandasına qayıdır

13:34 - 25 İyun 2022

"Atletiko"nun yollarını ayırdığı Luis Suaresin yeni mövsümə hansı klubda davam edəcəyi dəqiqləşməyib.

Sportal.az xəbər verir ki, uruqvaylı hücumçu ilə maraqlanan daha bir klub "Ayaks"dı.

Niderland təmsilçisi Sebastyan Halleri "Borussiya"ya (Dortmund) satdıqdan sonra Suarezi heyətinə qatmaq niyyətindədi.

2007-2011-ci illərdə "Ayaks"da oynamış təcrübəli hücumçu 159 matçda 111 qol vurub, 68 assist etmişdi. 
 

Xəbər xətti