"Zenit" braziliyalı üçün "Qalatasaray"a 15 milyon təklif edir

16:34 - 25 İyun 2022

"Qalatasaray"ın futbolçusu Markao Rusiyaya yollana bilər.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, "Zenit" braziliyalı futbolçunu istəyir.

Sankt-Peterburq klubu "Qalatasaray"a 15 milyon avro təklif edib. Ötən mövsüm Superliqada 26 oyun keçirmiş Markao özü də Rusiyaya yollanmağa hazır olduğunu menecerinə söyləyib.

Xəbər xətti