"Lex" "Qarabağ"la oyuna qədər bir görüş keçirəcək

16:52 - 25 İyun 2022

Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Lex" "Yagelloniya" ilə yoxlama görüşünə çıxacaq.

Sportal.az xəbər verir ki, görüş iyunun 28-də baş tutacaq. 

Belastok klubuna qarşı matç "Lex"in iyulun 5-də "Qarabağ"a qarşı keçiriləcək oyunundan əvvəl son oyunu olacaq. Belə ki, Poznan klubu sabah yoxlama oyunu keçirmək istəsə də, plan ləğv edilib.

​“Qarabağ” “Lex”lə ilk oyunun iyulun 5-də səfərdə, cavab matçını isə 12-də Bakıda keçirəcək.

Xəbər xətti