Türkiyənin "Qalatasaray" klubunda məşqçi ayrılığı gerçəkləşib.
Sportal.az xəbər verir ki, Albert Riera İstanbul təmsilçisini tərk edib. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb. İspaniyalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib
Albert Riera başa çatan mövsümdə komandanın baş məşqçisi Domenek Torrentin köməkçisi idi.
saytlarin hazirlanmasi