"İnter" "Çelsi"nin forvardı Romelu Lukakunu geri qaytarıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "nerazzura" belçikalı hücumçunu 2023-cü ilin yayına qədər icarəyə götürüb.
Lukaku ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 44 oyuna 15 qol vurub, 2 assist etmişdi. Forvardın "Çelsi" ilə müqaviləsi 2026-cı ilin iyunun 30-na kimidi.
