Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" növbəti yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Limassol klubu Latviyanın "Skantes" klubu ilə qarşılaşıb. Matç "Aris"in 3:1 qələbəsilə başa çatıb.
"Neftçi"nin rəqibi Latviyadakı ilk yoxlama görüşündə "Riqa"nı 4:0 məğlub etmişdi.
"Neftçi" "Aris"lə iyulun 21-də səfərdə, 28-də isə Bakıda qarşılaşacaq.
