"Hapoel"(Beer-Şeva) “Qarabağ”ın futbolçusu Kadi Borgesdən əl çəkmək niyyətində deyil.
Sportal.az xəbər verir ki, “İsrael Hayom” portalı “Qarabağ”ın Kadini bu yay sata biləcəyini qeyd edib.
Belə ki, braziliyalının Ağdam klubu ilə müqaviləsi gələn yay bitir və o, “Hapoel”ə azad agent status ilə keçə bilər. İsrailli həmkarlarımızın yazdığına görə, Ağdam klubu isə Kadinin transferindən pul qazanmaq üçün onu müqaviləsi başa çatmamış, daha dəqiq desək, bu yay satmaq istəyəcək.
“Qarabağ” “Hapoel”in 400 min avroluq təklifindən imtina etmişdi. İsrail klubunun növbəti dəfə Ağdam klubuna müraciət edəcəyi gözlənilir.
