Argentinalı müdafiəçi: "Kəpəz"dən təklif almışam"

12:14 - 30 İyun 2022

“Kəpəz” Argentinadan müdafiəçi gətirir.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Franko Floresə təklif göndərib.

Bu barədə argentinalı futbolçu özü bildirib. Əməkdaşımızla söhbətində müdafiəçi yenidən Azərbaycana qayıdıb, “Kəpəz”də oynaya biləcəyini bildirib: "Kəpəz"dən təklif almışam. Ola bilər ki, Azərbaycana qayıtdım".

​29 yaşlı futbolçu “Argentinos Xuniors”, “Çiappas”, “Alki”, “Doxa”, “Real Espana”, “Lleyda” klublarında oynayıb.

Xəbər xətti