"Neftçi" ilə oyun üçün Fransadan hücumçu transfer etdilər

16:30 - 30 İyun 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Limassol təmsilçisi Fransanın "Genqam" klubundan Yannik Qomisi transfer edib. Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb.

 

30 yaşlı seneqallı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Yannik Qomis son mövsümdə "Genqam"ın heyətində Liqa 2-də meydana çıxdığı 35 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti