"Sakaryaspor" "Qarabağ"ın hücumçusu Kvabena Ovusunu transfer etmək istəyir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa təmsilçisi qanalı forvardın keçidini komandanın Boluda baş tutacaq təlim-məşq toplanışına kimi bitirmək istəyir.
Sakaryalılar 25 yaşlı futbolçu üçün "Qarabağ"a təklif göndərib. Yerli medianın yazdığına görə, Ağdam təmsilçisi Türkiyə klubundan Ovusu üçün 300 min avro tələb edib. "Sakaryaspor" rəhbərliyi məbləğin endirilməsini gözləyir.
Qeyd edək ki, Kvabena Ovusu son mövsümü icarə əsasında "Ankaragücü"də keçirib. O, paytaxt klubunun heyətində meydana çıxdığı 23 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi